Ana Sayfa > Xəbər > Polis mayoru qəzaya düşüb
Polis mayoru qəzaya düşüb2-03-2016, 10:22. Yazar: admin |
Bakıda polis mayoru yolun əks istiqamətinə çıxaraq qəza törədib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Nizami rayonu, Çobanzadə küçəsində bir neçə gün öncə baş verib. Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsinin baş əməliyyat müvəkkili olan mayor Seymur Qarayev xidmətdə olarkən idarə etdiyi “Chevrolet Niva” markalı 10 AP 738 nömrəli avtomobillər yolun əks istiqamətində hərəkət edən Bakı sakini 1995-ci il təvəllüdlü İlkin Məmmədovun idarə etdiyi “Moped”lə toqquşub. Qəza nəticəsində xəsarət alan İ.Məmmədov Travmotogiya İnstitutuna yerləşdirilib. Araşdırma aparılır. Geri dön |