Ana Sayfa > Xəbər > Ceyhundan həmkarlarına tənqid: "Qışqırıq səslə oxuyurlar"

Ceyhundan həmkarlarına tənqid: "Qışqırıq səslə oxuyurlar"


29-02-2016, 16:41. Yazar: admin
Ceyhundan həmkarlarına tənqid: "Qışqırıq səslə oxuyurlar"
“Bəzi müğənnilər var ki, nəinki 6, hətta 8, 10 saat canlı oxumağa qadirdir. Mən özümü həmin siyahıda görürəm. Artıq yaxşı oxuyanların vaxtı gəlib çatıb. Ötən illərdə kim necə gəldi, məclisinə müğənni dəvət edirdi. Amma indi insanlar istəyir ki, həm yaxşı oxuyan, həm də reklamı və qabiliyyəti olsun".

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni-bəstəkar Ceyhun Əliyev deyib. İfaçı həmkarlarının toy qiymətlərindən danışıb:

"Yaxşı oxuyan ifaçılar toya çox baha qiymətə gedir. Onları hamı tanıyır. İndi məclislərə 2-3 hit mahnısı ilə tullanıb-düşən yox, həqiqətən də oxuya bilən müğənniləri dəvət edirlər. Əvvəllər müğənni canlı oxuya bilməsə də, fonaqramı ilə məclisi idarə edib, çıxıb gedirdi. Artıq insanlar əsl canlı ifa tələb edir. Oxumaq lazımdır, danışmaq yox. Qüsurları studiyada ötr-basdır eləmək olar. Amma səhnədə canlı oxuya bilməsən, bu ayıbdır. Bəzi xanım müğənnilər qışqırıq səslə oxuyurlar, elə bilirlər əladır. Bir-iki dostu-tanışıda durub əl çalır. İfaçı ara-bir özünü dinləyib, qüsurlarını görə bilməlidir. Özünü tənqid etməyi bacarmalıdır. Vay o müğənnilərin halına ki, bir-iki mahnı oxuyub məşhur olublar, indi də qalıblar boşluqda. Nə valideyn onlara pul tökür, nə sponsor onlara pul xərcləyir. Mən buna sevinmirəm, acıyıram. Hər zaman qarşımdakı insanı tənqid etməzdən öncə, özümə baxıram, səhvim varsa, onu düzəldirəm ki, ictimai qınağa çevrilməyim”.

Geri dön