Ana Sayfa > Xəbər > İran seçkiləri: mühafizəkarlar məğlub oldular
İran seçkiləri: mühafizəkarlar məğlub oldular29-02-2016, 16:11. Yazar: admin |
İranın ali liderini təyin edən Ekspertlər Şurasına seçkilərdə mötədillər və islahatçılar daha çox uğur əldə ediblər. Prezident Həsən Ruhani və onun müttəfiqləri Tehrana ayrılmış 16 yerdən 15-ni qazanıblar. Ölkənin digər bölgələrində səslər hələ də sayılmaqdadır. Lakin tanınmış mühafizəkar Əhməd Cənnəti yenidən məclisə seçilib. Ali lider ayətullah Xameneyinin 76 yaşı var və o, səhhətində problemlərlə üzləşib. Eyni zamanda İran parlamentinə keçirilən seçkilərdə Ruhaninin müttəfqiləri paytaxta ayrılmış 30 yerdən hamısını əldə ediblər. Prezidentin tərəfdarları mühafizəkarların Ekspertlər Şurasına yenidən seçiləməsinin qarşını almaq istəyirlər. Şuranın indiki sədri ayətullah Məhəmməd Yəzdi və keçmiş mühafizəkar prezident Mahmud Əhmədinecadın müəllimi hesab edilən digər tanınmış şəxs Ayətullah Məhəmməd Tağı Mesbah Yəzdi məğlub olublar. Lakin Cənnəti paytaxtda 16-cı yeri qazanmaqla Şurada yerini saxlaya bilib. O, İran Nəzarət Şurasının sədridir. Seçilməyən qurum olan Şura, namizədlərə veto qoyur. Seçkilərdən öncə Nəzarət Şurası demək olar ki, bütün tanınmış islahatçı namizədləri və bir çox mötədillərin namizədliyini ləğv edib. İranda sərt xətt tərəfdarları islahatçıları Qərblə əməlkdaşlıq edərək mühafizəkarların Ekspertlər Şurasına seçilməsinin qarşısını almaqda ittiham edirlər. İranda keçən il əldə edilmiş nüvə razılaşması və beynəlxalq sanksiyaların qaldırılmasından sonra ilk dəfədir ki, seçkilər keçirilir. Xatırladaq ki, paytaxt Tehrandan seçilən millət vəkilləri adətən Şuranın siyasətini müəyyən edirlər, analitiklər deyir. Prezident Ruhani şənbə günü bildirib ki, seçkilər onun İranın beynəlxalq təcridinin qarşısını almaq cəhdlərinə olan dəstəkdir. Nüvə razılaşmasına baxmayaraq o, daxildə islahatlar üçün müqavimətlə üzləşib. Ayətullah Xameneyi bildirib ki, seçkilərdə 60 faiz seçicinin iştirakı “dini demokratiyanın dünyaya ən gözəl nümayişidir”, - İranın mühafizəkar Tasnim xəbər agentliyi bildirib. Lakin o, “xarici müdaxiləyə” qarşı “sayıq olmağa” da çağırış edib. (BBC) Geri dön |