Ana Sayfa > Xəbər > "Severnaya" mədəni: Yeni partlayış, yeni qurbanlar - VİDEO
"Severnaya" mədəni: Yeni partlayış, yeni qurbanlar - VİDEO29-02-2016, 12:49. Yazar: admin |
Komi Respublikasının Vorkut şəhərində «Severnaya» mədənində partlayış təhlükəsi hələ də mövcuddur. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Rusiya FHN-dən bildirilib. Qurumdan mədəndə işlərin müvəqqəti olaraq dayandırıldığı deyilir. «Vorketauqol» kompaniyasından bildiriblər ki, mədəndə qəzanın nəticələrinin aradan qaldırmaq üçün 2-3 ay vaxt lazım olacaq . Xatırladaq ki, fevralın 25-də Vorkut şəhərində «Severnaya» mədənində 748 metr dərinlikdə uçqun baş verib. Həmin vaxt mədəndə 110 nəfər olub. Onlardan 80-i çıxarılıb. Uçqunun səbəbi kimi metan qazının partlayışı göstərilir. Dünən gecə mədəndə üçüncü partlayış baş verib. Həmin vaxt xilasetmə işləri gedirdi. Nəticədə 6 nəfər həlak olur, 5-i isə yaralanır. Ümumilikdə qəzada 36 nəfər həlak olub – 5 xilasedici və 30 mədənçi. Onlardan 26-sı dağıntılar altındadır. Komi Respublikasında bununla əlaqədar 3 günlük matəm ean olunub. Geri dön |