Ana Sayfa > Xəbər > Bakıda azərbaycanlıların qatili olmuş "inqilabçı"nın barelyefi TAPILDI

Bakıda azərbaycanlıların qatili olmuş "inqilabçı"nın barelyefi TAPILDI


29-02-2016, 11:51. Yazar: admin
Bakıda azərbaycanlıların qatili olmuş "inqilabçı"nın barelyefi TAPILDI
Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, Bakının mərkəzi küçələrindən biri olan Murtuza Muxtarov küçəsində 26 Bakı komissarından biri Vladimir Poluxinin “xatirə lövhəsi” hələ də sökülməyib. Müstəqilliyinin 25-ci ilini yaşayan ölkəmizdə, hələ də Azərbaycan xalqının qanına susayan bir bolşevikin barelyefinin sökülməməsi ortaya bir neçə sual çıxarır:

Bakıda azərbaycanlıların qatili olmuş "inqilabçı"nın barelyefi TAPILDI

Burada, kim və hansı məqsədlə, bu günə qədər Poluxinin “xatirə lövhəsini” sökmək istəmir? Azərbaycan dövlətçiliyini süquta uğradanların hələ də ölkəmizdə izinin-tozunun tamamilə silinməməsi kimlərə sərf edir?

Qeyd edək ki, Murtuza Muxtarov küçəsi Yasamal rayonu ərazisində yerləşir və bu rayona tabedir. Məsələ ilə bağlı adıçəkilən rayonun icra hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zöhrab Cəfərov hafta.az-a açıqlamasında bildirdi ki, belə bir lövhənin indiyə qədər qalmasından xəbərsizdir:

“Çox sağ olun ki, bizi belə bir xəbərlə məlumatlandırdınız. Bizim Poluxinin xatirə lövhəsinin indiyə qədər qalmasından xəbərimiz yox idi. Məsələyə peşəkar yanaşırıq. Araşdıracağıq. Ünvanı dəqiqləşdirəcəyik, əgər həqiqətən də, bir bolşevikin abidəsi orada indiyə qədər qalıbsa, onlar söküləcək”.

Sonra Zöhrab Cəfərov Mənzil İstismar İdarəsinə zəng vurub onları da, məsələdən hali etdi. Üstəlik, məsələnin araşdırılması ilə bağlı göstərişlərini də verdi.

Bəs Vladimir Poluxin kimdir?

Bakıda azərbaycanlıların qatili olmuş "inqilabçı"nın barelyefi TAPILDI

Xatirə lövhəsində göstərilir ki, Vladimir Poluxin Azərbaycanda sovet hakimiyyətinin qurulmasında “fəal mübariz” olub. Poluxin 1918-ci ilin yanvarında Moskvadakı inqilabi komitə rəhbərliyi tərəfindən Volqaqraddan Bakıya göndərilib. Bolşevik “inqilabçı”nın əsl peşəsi isə hərbi dənizçi kimi Bakını mühasirədə saxlamaqdan ibarət imiş. O, Şaumyanın göstərişi ilə mart qırğınları zamanı Bakını kapitanı olduğu hərbi gəmisindən atəşə tutub və xeyli azərbaycanlının öldürülməsinə “yardımçı” olub. Vladimir Poluxin 20 sentyabr 1918–ci ildə o zaman Bakıya gələn ingilislər tərəfindən qətlə yetirilən 26 Bakı komissarından biridir. Murtuza Muxtarov küçəsi isə sovet hakimiyyəti illərində məhz Poluxinin adını daşıyıb. Xatirə lövhəsi də çox güman ki, elə ötən əsrin 50-ci illərində qoyulub və bu günə qədər də “gözdən yayınıb”.

İnanırıq ki, tez bir zamanda, əməkdaşımızın ictimailəşdirdiyi bu məsələ öz həllini tapacaq. Vaxtilə Azərbaycan xalqının qatillərinin adını daşıyan bu küçədəki, sonuncu bolşevik izi də təmizlənəcək.

Geri dön