Ana Sayfa > Xəbər > Kiprdə iki azərbaycanlı tələbə avtomobil qəzasında həlak olub
Kiprdə iki azərbaycanlı tələbə avtomobil qəzasında həlak olub29-02-2016, 11:26. Yazar: admin |
Şimali Kiprdə dünən axşam saatlarında baş verən avtomobil qəzası nəticəsində iki azərbaycanlı tələbə vəfat edib. Vertikal.az bildirir ki, bu barədə “Kıbrıs Postası” qəzeti xəbər verib. Məlumata görə, qəza nəticəsində Nicat Hacızadə və Yunus Ərəbov xəstəxanada aldıqları xəsarətlər nəticəsində keçiniblər. Qəza nəticəsində digər azərbaycanlı tələbə - Anar Süleymanlı xəsarət alıb. A.Süleymanlının vəziyyətinin normal olduğu bildirilir. (“Trend”) Geri dön |