Ana Sayfa > Xəbər > Salyanda iribuynuzlu heyvanlar boğularaq ölüblər

Salyanda iribuynuzlu heyvanlar boğularaq ölüblər


14-04-2015, 09:45. Yazar: admin
Salyanda iribuynuzlu heyvanlar boğularaq ölüblər
Salyan rayonu, Yenikənd kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 390 kv.m olan fermanın dam örtüyünün yanar konstruksiyaları 300 kv.m sahədə yanıb

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğın nəticəsində fermanın içərisində olan 9 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

Fermanın qalan hissəsi və fermada olan 27 baş iribuynuzlu heyvan yanğından mühafizə olunub.

Geri dön