Ana Sayfa > Xəbər > “Rus qoşunları Abxaziyadadır” – Notaya cavab

“Rus qoşunları Abxaziyadadır” – Notaya cavab


10-03-2015, 17:45. Yazar: admin
“Rus qoşunları Abxaziyadadır” – Notaya cavab
“Abxaziya ilə müqaviləyə əsasən Rusiya qoşunları bu ərazidədir və bizim sərhədçilər Abxaziyanın Gürcüstanla olan sərhədini qoruyurlar”.
Axar.az xəbər verir ki, bu sözlər Moskvanın Tiflisin notasına verdiyi cavabda yer alıb.
Notaya əsasən, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun dəvəti ilə 10-12 mart arasında qondarma Abxaziyanın Xarici İşlər naziri Vyaçeslav Çirikban Mosvaya səfər edəcək.
Qeyd edək ki, bir müddət öncə Gürcüstan Rusiyanın Abxaziya və Cənubi Osetiyada hərbi təlimlər keçməsini ərazi bütövlüyünün pozulması adlandıraraq rəsmi Moskvaya nota göndərmişdi.

Geri dön