Ana Sayfa > Xəbər > Putindən Rusiya kəşfiyyatına TAPŞIRIQ: “Ayıq olun”

Putindən Rusiya kəşfiyyatına TAPŞIRIQ: “Ayıq olun”


26-02-2016, 16:35. Yazar: admin
Putindən Rusiya kəşfiyyatına TAPŞIRIQ: “Ayıq olun”
Rusiya prezidenti Vladimir Putin 2015-ci ilin yekunları və gündəlikdəki məsələrlərlə bağlı bir sıra açıqlamalar verib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovla görüşü zamanı Qərb xüsusi xidmət orqanlarının Rusiyada fəaliyyətini aktivləşdirdiyini deyib.

Prezident FTX-yə ölkədə Dövlət Dumasına keçiriləcək seçkilər öncəsi cəmiyyətdə parçalanma və panika yaratmaq istəyən xarici qüvvələrə qarşı sayıq olmağı tapşırıb.

O, FTX-nin əməkdaşlarının Suriyadakı antiterror əməliyyatlarında uğurla iştirak etmələrinə görə də təşəkkür edib.

Geri dön