Ana Sayfa > Xəbər > "Halliburton" 5 min işçisini ixtisar edəcək

"Halliburton" 5 min işçisini ixtisar edəcək


26-02-2016, 15:31. Yazar: admin
"Halliburton" 5 min işçisini ixtisar edəcək
ABŞ-ın "Halliburton" neft-xidmət şirkəti neftin qiymətinin aşağı olmasına görə daha 5 min əməkdaşını ixtisara salacaq.

"Efe" informasiya agentliyi xəbər verir ki, ixtisar şirkətin ümumi personalının 8%-nə təsir edəcək.

Xatırladaq ki, yanvar ayında "Halliburton" 2015-ci ilin IV rübünün maliyyə nəticələrini təqdim etdikdən sonra 4 min əməkdaşını ixtisara salmışdı.

Qeyd edək ki, 2015-ci ilin yekunları üzrə "Halliburton" şirkəti 666 milyon dollar məbləğində xalis zərərə qatlaşıb. Hərçənd bir il əvvəl bu göstərici 3,436 milyard dollarlıq gəlirlə ölçülürdü. (“Report”)

Geri dön