Ana Sayfa > Xəbər > Avtomobildən külli miqdarda pul oğurlayan yaxalandı
Avtomobildən külli miqdarda pul oğurlayan yaxalandı26-02-2016, 12:20. Yazar: admin |
Şəmkirdə avtomobildən küllü miqdarda pul oğurlanıb. Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, fevralın 25-də Şəmkir rayonunun 20 Yanvar küçəsində rayon sakini Sarif Əliyev həmyerlisi Yalçın Sadıqova məxsus “Mercedes” markalı avtomobildən açıq talama yolu ilə içərisində 15000 manat və 15800 ABŞ dolları, habelə 1 ədəd mobil telefon olan torbanı götürüb qaçarkən həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub. Şəmkir RPŞ tərəfindən araşdırma aparılır. Geri dön |