Ana Sayfa > Xəbər > Rusiyada mədəndə baş verən partlayışda 4 nəfər ölüb, 26 nəfər axtarılır
Rusiyada mədəndə baş verən partlayışda 4 nəfər ölüb, 26 nəfər axtarılır26-02-2016, 11:47. Yazar: admin |
Ötən gün Rusiyanın Vorkuta şəhərindəki “Şimal” mədənində dağ süxurlarının uçması nəticəsində partlayış baş verib. APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, hadisə zamanı mədəndə 108 fəhlə olub. Partlayış baş verən zaman 88 nəfər təxliyə edilib. İki günlük axtarışlar nəticəsində 4 nəfərin meyiti tapılıb. Partlayış baş verən ərazidə olmuş daha 26 nəfərin axtarışları davam etdirilir. Xilas edilmiş insanlardan yalnız 8-i xəstəxanaya yerləşdirilib. Geri dön |