Ana Sayfa > Xəbər > “Putinin psixoloji problemləri var“

“Putinin psixoloji problemləri var“


26-02-2016, 10:39. Yazar: admin
“Putinin psixoloji problemləri var“
"Vladimir Putin daha çox öz şəxsi mənafeləri üçün çalışır. Çox güman ki, Putinin hansısa psixoloji problemləri var. Ona görə də problemlərin həli yolu kimi psixolj müalicə metodu seçilməlidir“.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Vaşinqtonda Ağ Evin mətbuat katibi Coş Ernest Suriya ilə bağlı keçirdiyi mətbuat kofransında bildirib.

“Prezident Obama öz imicindən çox daha ABŞ mənafeyini dünya miqyasında genişləndirmək və Amerika xalqını etibarlı tutmağa hesablanmış gedişlər edir “-deyə Ağ Ev sözcüsü bildirib.

Mətbuat konfransında Suriyadakı qarşıdurmaların dayandırılması prosesləri fonunda Putinin özünü daha çox ön plana çıxarmağa çalışdığı bildirilib.

Prezident Barak Obamanın da bu gün ABŞ Xarici İşlər Nazirliyinə gedərək, Milli Təhlükəsizlik Şurasının toplantısına qatılmasının buna paralel davranış olduğu söylənilib.

Geri dön