Ana Sayfa > Xəbər > Nikaha girmək istəyən 261 nəfərdə sifilis, 55 nəfərdə isə SPİD aşkarlanıb
Nikaha girmək istəyən 261 nəfərdə sifilis, 55 nəfərdə isə SPİD aşkarlanıb24-02-2016, 12:48. Yazar: admin |
“Nikaha girmək istəyən 261 nəfərdə sifilis, 55 nəfərdə SPİD aşkarlanıb. Talassemiya daşıyıcısı olanlardan 3 cütlük evlənməkdən imtina edib”. Modern.az xəbər verir ki, bunu B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. O bildirib ki, fevral ayına qədər nikaha girmək istəyən 94400 nəfərdən qan nümunəsi götürülüb. 5780 nəfərin talassemiya daşıyıcısı olduğu aşkarlanıb. “Hər iksində talaseemiya aşkarlanan 45 cütlükdən 3 çütlük evlənməkdən imtina edib. 6 cütlükdə hamiləlik aşkarlanıb. Dünən onlardan dölyanı mayedən nümunə götürülüb. Onlar 4-cü ayda olan hamilələrdir. Yaxın zamanda nəticələr bilinəcək. Buna uyğun olaraq onlar qərar veriləcək”-deyə Zöhrə Əlmirzəyeva bildirib. Geri dön |