Ana Sayfa > Xəbər > ANS-in efirində kobud səhv - Aparıcının savadsızlığı ...
ANS-in efirində kobud səhv - Aparıcının savadsızlığı ...24-02-2016, 12:04. Yazar: admin |
ANS-in “Günəbaxan” verilişində Elgiz Əkbəri əvəz edən aparıcı Murad Əzimzadə efirdə kobud səhvə yol verib. Verilişə hazırlıqsız çıxan aparıcı görkəmli televiziya rejissoru Tariyel Vəliyevin doğum günü ilə ölüm gününü səhv salıb. Aparıcı bildirib ki, Tariyel Vəliyev nadir insanlardandır ki, doğulduğu gündəcə dünyasını dəyişib. Buna etiraz edən incəsənət xadimi Məhərrəm Bədirzadə bildirib ki, xeyr elə deyil. Tariyel Vəliyev 24 fevralda anadan olub, 24 apreldə isə dünyasını dəyişib. Aparıcı vəziyyətdən çıxmaq üçün "Bizim redaktorlarımız deyəsən tarixi qarışdırdı" deyərək, səhvini ört-basdır etməyə çalışıb. Bilməyənlər üçün bildirək ki, Azərbaycanın kino və televiziya rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Tariyel Vəliyev 1944-cü il 24 fevral tarixində İmişlidə anadan olub və 2012-ci ilin aprel ayının 24-də , 68 yaşında dünyasını dəyişib. (big.az) Geri dön |