Ana Sayfa > Xəbər > Putini yerində oturtmaq...
Putini yerində oturtmaq...23-02-2016, 13:14. Yazar: admin |
«Hazırda Avropada sabitliyə altı böhran təhlükə yaradır: Suriya müharibəsinin yaratdığı regional qarışıqlıq, Britaniyanın Avropa Birliyindən mümkün çıxışı, qaçqın axını, maliyyə çətinlikləri, Rusiyanın ekspansiyası və millətçiliyin ənənəvi siyasətə dönüşü». «Project Syndicate» saytı Belçikanın keçmiş baş naziri, hazırda Avropa Parlamentinin üzvü Guy Verhofstadt-in məqaləsini dərc edib. Müəllifin fikrincə, Rusiya prezidenti Vladimir Putin bu böhranların azı dördünü qəsdən qızışdırıb. Ukraynadakı əməlləri azmış kimi, populist və avroskeptik partiyaların dəstəyi ilə Avropa siyasətinə abstraksionizm yoluxdurub, Suriyaya hərbi müdaxilə etməklə Yaxın Şərqdə münaqişəni dərinləşdirib və sonuc olaraq, qaçqın böhranını da ağırlaşdırıb. «AB oyanmalı və Putin-in yaratdığı təhlükə və təcavüzü önləməlidir», - yazan müəllif təklif edir ki, birincisi, Avropa hökumətləri Rusiyanın Avropada siyasi partiyalara maliyyə ayırmasını dayandırmalıdır. Gərəkərsə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən bu vəsaitin necə köçürülməsini öyrənməkdə kömək istənilə bilər. İkincisi, AB Rusiyaya daha geniş iqtisadi sanksiyalara hazırlaşmalıdır. Üçüncüsü, AB Türkiyə və regiondakı digər oyunçularla birlikdə Türkiyə-Suriya sərhədində təhlükəsiz zona yaradılmasına çalışmalıdır. Və nəhayət, sonuncusu, Avropa Putin-in dəyirmanına su tökməyi dayandırmalı, qaçqın məsələsində kollektiv yanaşma sərgiləməlidir. Geri dön |