Ana Sayfa > Xəbər > Yeni büdcə layihəsində vergi daxilolmaları çoxaldılıb

Yeni büdcə layihəsində vergi daxilolmaları çoxaldılıb


23-02-2016, 13:03. Yazar: admin
Yeni büdcə layihəsində vergi daxilolmaları çoxaldılıb
Milli Məclisin növbəti iclası öz işinə başlayıb.

Modern.az xəbər verir ki, “Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikləri parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri ziyad Səmədzadə təqdim edib. O bildirib ki, Azərbaycan XXI əsrin 15 ilində onilliklərə bərabər uğurlar əldə edib.

“Ölkəmiz son on ildə sosial-iqtisadi həyatın bütün sahələrində böyük nailiyyətlər qazanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı öz potensialını bir neçə dəfə artırıb, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb.

Görülmüş bütün bu işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Lakin son bir ildə dünyada neftin qiymətinin 4 dəfə aşağı düşməsi Azərbaycan iqtisadiyyatından da yan keçməyib. Qlobal iqtisadi proseslər Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşmür. Baş verən proseslər də ölkənin valyuta daxilolmalarının kəskin azalmasına və tədiyyə balansında mənfi saldonun yaranmasına səbəb olur.

Dünya bazarında neftin qiymətinin dəfələrlə aşağı düşməsi, eləcə də bir çox ölkələrdə baş verən hadisələr Azərbaycan iqtisadiyyatına da bu və ya digər şəkildə təsir edir. Bununla belə, Azərbaycan hökuməti müxtəlif tədbirlər görür ki, mövcud iqtisadi çətinlikdən maksimum az itki ilə çıxsın. Belə tədbirlərdən biri də Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən 2016-cı ilin dövlət büdcəsi haqqında Qanuna dəyişikliklər edilməsi barədə sənəddir”.

Deputat qeyd edib ki, dəqiqləşdirilmiş büdcə layihəsində vergi daxilolmaları çoxalıb.

“Bu istiqamətdə ciddi islahatlar aparılması artıma səbəb olub. Dövlət başçısının tapşırığı ilə sahibkarlarla görüşlər keçirilib və onların qaldırdığı məsələlər dinlənilib. Gömrük sistemində də islahatlar həyata keçirilib və inkişaf sürətlənib. Bu da dəqiqləşdirilmiş büdcə layihəsində özünü göstərir. Aqrar sahədə də yeni mərhələ başlayıb”.

Z. Səmədzadə vurğulayıb ki, dəqiqləşdirilmiş büdcə layihəsində xərclər artıb: “Buna sosial yönümlü xərclərin artması səbəb olub. Gələcəkdə əsaslı xərclərin daha da artırılması genişləndiriləcək. Cari xərclərdə bir manat da mənfi meyllər müşahidə olunmur. Müdafiə olunan xərclərin dinamikasında müsbət meyllər var. Xərclərin strukurunun daha da təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Ayrılan vəsitlərdən səmərəli istifadə olunması ön plana çəkilməlidir”.

Deputat sonda bildirib ki, dəyişikliklər reallıqdan, dünyada baş verən proseslərdən irəli gəlir.

Geri dön