Ana Sayfa > Xəbər > Samir Şərifov neftin qiyməti haqda təklifini açıqladı

Samir Şərifov neftin qiyməti haqda təklifini açıqladı


23-02-2016, 12:50. Yazar: admin
Samir Şərifov neftin qiyməti haqda təklifini açıqladı
“Xam neftin 1 barelinin satışı müəyyənləşdirilmiş proqnozdan iki dəfə az, yəni 25 dollar səviyyəsində təklif edilir”.

“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentdə “2016-cı il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, neftin dörd dəfə ucuzlaşmasından, manatın devalvasiyasından və üzən məzənnəyə keçilməsindən sonra 2016- ci ilin dövlət və icmal büdcəsinin yenidən dəyərləndirilməsi, yeni maliyyə mənbələrinin axtarılması zərurəti ortaya çıxdı: “Bunun özü də inflyasiya risklərini artırdı”.

Nazir əlavə edib ki, dövlət büdcəsində artım qeyri-neft sektorundan daxilolmaların payına düşəcək.

Geri dön