Ana Sayfa > Xəbər > Azərbaycan milyonlarla rus turisti qəbul etməyə HAZIRDIR
Azərbaycan milyonlarla rus turisti qəbul etməyə HAZIRDIR23-02-2016, 12:45. Yazar: admin |
Rusiyanın Türkiyə ilə münasibətlərinin korlanması səbəbəbindən milyonlarla rus turistlər artıq yeni istirahət məkanlarının axtarışına çıxıb. Təbii ki, Moskva bu axının düzgün istiqamətləndirilməsi üçün çıxış yolları aramaqdadır. Hafta.az-ın məlumatına görə, Rusiyanın turizm üzrə Federal Agentliyinin rəhbəri Oleq Safanov bildirib ki, Rusiyanın digər ölkələrlə turizm sahəsində fəal əməkdaşlığı üçün ciddi potensial var. Bu ölkələrin siyahısında ilk yeri isə Azərbaycan tutur. Rusiyalı ekspertlərin fikrincə, Azərbaycanın turizm sənayesi, təbiətinin müxtəlifliyi, rahatlıq və təhlükəsizliyin təmini səvaiyyəsi rusiyalı turistlərin tələblərini maksimal dərəcədə ödəməyə qadirdir. "Bizim vətəndaşlar istirahətdən gözləntiləri ənənəvi olaraq dəniz, günəş, qeyri-adi mənzərələr, yeni təəssüratlar, təhlükəsizlikdir. Bütün bunları bu gün çox yaxınımızda tapa bilərik. Son illərdə Bakıda olanlar təsdiqləyərlər ki, Azərbaycanın paütaxtı qədim saraylar və müasir şüşəli hündürmərtəbəli binaların ahəng təşkil etdiyi dünyanın ən gözəl şəhərlərindən biridir. Ən başlıcası isə burada dil baryeri yoxdur" - bu fikirləri isə Rusiya-Azərbaycan Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev səsləndirib. Onun sözlərinə görə, rus dili Azərbaycanda çox yaxşı səviyyədə qorunub. Həmçinin milli valyutalarla bağlı mövcud durum da bu istiqaməti rusiyalı turistlər üçün cəlbedici edir. Dövlət Dumasının Krasnoyarsk vilayətindən olan deputatı Dmitri Nosov isə vurğulayır ki, turizm sənayesində inkişafa təsir göstərə biləcək katalizatorlardan biri də ölkənin müsbət imicinin formalaşmasında mühüm rol oynayan böyük idman yarışlarının təşkilidir. Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Natalya Krasovskaya bildirir ki, turizmin inkişafı sahəsində ən yaxşı nümunələrdən biri Bakıda təşkil olunmuş Birinci Avropa Oyuunlarıdır: "İlk olaraq bu oyunların təşkili bütün infrastruktur sahələrinin inkişafına təkan verdi. Yollar təmir olundu, otellər inşa edildi, nəqliyyat parkları yaradıldı. Yeni turizim sahələri formalaşdırıldı. Digər tərəfdən, buraya gələn insanlar Azərbaycanı olduğu kimi bütün gözəllikləri, qonaqpərvərliyi, müxtəlifliyi ilə gördülər. İndi isə Azərbaycan Formula-1 yarışlarına hazırlıqla məşğuldur. İnanıram ki, bu yarışda uğurla təşkil olunacaq və dünyanın hər yerindən, o cümlədən rusiyadan turistləri cəlb edəcək". Geri dön |