Ana Sayfa > Xəbər > Amerika cəmiyyəti bu ölkələri düşmən kimi görür – SİYAHI

Amerika cəmiyyəti bu ölkələri düşmən kimi görür – SİYAHI


23-02-2016, 11:38. Yazar: admin
Amerika cəmiyyəti bu ölkələri düşmən kimi görür – SİYAHI
Gallup Media sorğu mərkəzi sadə amerikalılar arasında soğru keçirərək ölkənin əsas xarici düşmənlərinin adını açıqlayıb.

Modern.az təşkilatın rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, rəyi soruşulanların 16%-i Şimali Koreyanı, 15%i Rusiyanı, 14%-i isə İranı milli təhlükə görüblər.

Sorğu fevralın 3-7-i arasında ABŞ-ın müxtəlif ştatlarında yaşı 18-dən yuxarı olan vətəndaşlar arasında keçirilib.

Şimali Koreyanın nüvə sınaqları keçirməsi və Cənubi Koreyadakı Amerika hərbi bazalarına hücum edə biləcəyi ilə bağlı bəyanatları amerikalıların narahatlığına səbəb olub.

Modern.az Gallup Group-un sorğusunun nəticələrini təqdim edir.

1. Şimali Koreya -16%

2. Rusiya – 15%

3. İran – 14%

4. Çin - 12%

5. İŞİD – 5%

6. İraq – 5%

7. Əfqanıstan – 4%

8. Suriya – 4%

Geri dön