Ana Sayfa > Xəbər > 1 apreldən təyyarənin baqajında bunları apara bilməyəcəksiniz

1 apreldən təyyarənin baqajında bunları apara bilməyəcəksiniz


23-02-2016, 11:35. Yazar: admin
1 apreldən təyyarənin baqajında bunları apara bilməyəcəksiniz
Beynəlxalq Mülki Aviasiya Təşkilatı sərnişin təyyarələrinin baqajında litium-ion akkumulyatorlarının daşınmasına qadağa qoyub.

Avropa.info xəbər verir ki, qadağa bu tip batareyalar istifadə edən fotoaparat, smartfon, noutbuk və digər texnikaları əhatə edəcək. Səbəb kimi litium-ion batareyaları istifadə edən cihazların alışma təhlükəsi göstərilir.

Bundan əvvəl elektron saatlarda istifadə olunan metal-litium batareyalarına qadağa gətirilmişdi.

Qanun 2016-cı il 1 apreldən qüvvəyə minəcək və təşkilatın üzvü olan 191 ölkəni əhatə edəcək. Qadağa oddan təhlükəli yük üçün yeni, standart qoruyucu örtük yaradılmayanadək qüvvədə qalacaq.

Geri dön