Ana Sayfa > Xəbər > Praqa Pekinlə qardaşlaşmış şəhər olmaq istəmədi
Praqa Pekinlə qardaşlaşmış şəhər olmaq istəmədi23-02-2016, 11:21. Yazar: admin |
Praqa Pekinlə qardaşlaşmış şəhər olmaqdan imtina edib. Çexiya paytaxtının Şəhər Şürası Çin tərəfinin müvafiq təklifinə rədd cavabı verib. Bu barədə Trend TASS-a istinadən xəbər verir. İmtinaya səbəb kimi ikitərəfli sazişdə "Çinin ərazi bütövlüyünün və siyasətinin tanınması" şərti göstərilir. Şəhər Şürası hesab edir ki, sənəddə xülasə edilmiş "Praqa bütöv Çin siyasətini, o cümlədən Tayvanı, ölkənin ayrılmaz hissəsi kimi tanıyır" müddəası qəbul olunmazdır. Geri dön |