Ana Sayfa > Xəbər > Ankara terrorçusunun kimliyi dəqiqləşdi - DNT ANALİZİ AÇIQLANDI

Ankara terrorçusunun kimliyi dəqiqləşdi - DNT ANALİZİ AÇIQLANDI


23-02-2016, 11:11. Yazar: admin
Ankara terrorçusunun kimliyi dəqiqləşdi - DNT ANALİZİ AÇIQLANDI
Fevralın 17-də Ankarada 28 insanın ölümü ilə nəticələnən terroru törədənin kimliyi bəlli oldu. Bu hadisəyə görə 21 şübhəli saxlanılıb. Onların 14-ü barədə həbs qərarı çıxsa da 7-si sərbəst buraxıldı. Yerdə qalanların isə ömürlük cəza alacağı gözlənilir.

Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə yerində əməliyyatçılar bir barmaq izini aşkar ediblər. Bunun Suriya vətəndaşı olan Salih Neccara aid olduğu bəlli oldu. Bu hadisəni üzərinə götürən TAK (Kürdüstan Azadlıq Şahinləri) təşkilatı isə terrorçunun Abdulbaki Sömer olduğunu bildirdilər. Adlar uyğun gəlmirdi. Əməliyyatçıların apardığı araşdırma əsasında isə bəlli oldu ki, doğurdan belə bir insan var. O, Vanda doğulub və kod adı Zınar Raperdir.

Abdulbaki Sömerin atası Musa Sömer isə hələ də Vanda yaşayır. Ondan DNT analizi alındı. Və məlum oldu ki, hadisə zamanı parçalar halında tapılan terrorçu həqiqətən də Abdulbaki Sömer olub.

Prokurorluq orqanları Sömərin Suriyadan Türkiyəyə girərkən özünü Salih Neccar kimi təqdim etdiyini və bu adla da ondan barmaq izi alındığını bəyan etdi. Əsl adı isə Abdulbaki Sömerdir. Məlumata görə o, 16 yaşından terror təşkilatı PKK-ya qatılıb və Suriyada bir müddət YPG sıralarında döyüşüb.

Geri dön