Ana Sayfa > Xəbər > Ağdamın təhsil şöbəsinin müdiri icra başçısı ilə bacarmadı

Ağdamın təhsil şöbəsinin müdiri icra başçısı ilə bacarmadı


13-04-2015, 17:19. Yazar: admin
Ağdamın təhsil şöbəsinin müdiri icra başçısı ilə bacarmadı
Ağdam təhsil şöbəsinin müdiri Elmira Şükürova vəzifəsindən azad edilib. Bu barədə JAM.AZ-a rayondan məlumat verilib.

Məlumatda deyilir ki, Şükürova ilə bağlı rəsmi qərar ötən həftənin 4-cü günü verilib. Amma onun konkret olaraq hansı səbəbdən işdən azad edildiyi barədə dəqiq məlumat yoxdur.

JAM.AZ-a daxil olan məlumatda o da vurğulanır ki, təhsil şöbəsinin müdiri Ağdamın icra başçısı Raqub Məmmədovun “düşmən”ləri siyahısında olub. Hətta Şükürova bir neçə dəfə əlində pulu olduğu və yaxın günlərdə Ağdama icra başçısı gətiriləcəyini də deyibmiş. Görünür, Raqub Məmmədov yekunda rəqibinə qalib gəlməyi bacarıb.

Geri dön