Ana Sayfa > Xəbər > Türkiyə tutulan İŞİD-çilərin sayını açıqladı

Türkiyə tutulan İŞİD-çilərin sayını açıqladı


22-02-2016, 13:40. Yazar: admin
Türkiyə tutulan İŞİD-çilərin sayını açıqladı
Türkiyədə 2015-ci ilin yanvarından bu günə kimi 1220 İŞİD üzvü saxlanıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.

Xəbərə görə, İŞİD-lə mübarizə tədbirləri çərçivəsində 1 yanvar-31 dekabr 2015-ci il tarixlərində 961, 1 yanvar-21 fevral 2016-cı il tarixlərində isə 259 (yanvar 178, fevral 81) nəfər olmaqla 1220 terrorçu Türkiyə-Suriya sərhədini qanunsuz yolla keçməyə cəhd göstərərkən yaxalanıb.

Bu ilin fevralında tutulan İŞİD üzvlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 dəfə çox olub.

Geri dön