Ana Sayfa > Xəbər > Suda boğulan qaçqına heykəl qoyuldu – Foto

Suda boğulan qaçqına heykəl qoyuldu – Foto


22-02-2016, 13:09. Yazar: admin
Suda boğulan qaçqına heykəl qoyuldu – Foto
İraqın Süleymaniyə şəhərində dənizdə boğulan 2 yaşlı Aylan Kürdinin xatirəsinə heykəl ucaldılıb.

Axar.az xəbər verir ki, heykəltəraş Bəxtiyar Hələbçəyinin hazırladığı “Köçün elçisi Aylan Kürdi heykəli” Azadi parkında qoyulub. Heykəltəraş 5 aya bitirdiyi, 3.5 metrlik Aylan Kürdi heykəlinin immiqrant problemini simvolizə etdiyini bildirib:

“Aylanın ürəkləri dağladan dramından sonra immiqrantlara bütün qapılar açıldı. Bu problem bütün dünyanın gündəminə gəldi”.

Xatırladaq ki, 2015-ci il sentyabrın 2-də qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan suriyalı immiqrantları aparan gəminin batması nəticəsində 5 nəfər həlak olmuşdu. Cəsədi sahilə çıxan 2 yaşlı Aylan Kürdi ilə qardaşı Qalib və anası Zahin Kürdi də vəfat etmiş, təkcə atası Abdulla Kürdi xilas olmuşdu.

Geri dön