Ana Sayfa > Xəbər > Öcalanın "Böyük Kürdüstan" planının üstü açıldı
Öcalanın "Böyük Kürdüstan" planının üstü açıldı22-02-2016, 12:48. Yazar: admin |
PYD-nin Suriyanın Türkiyə ilə 900 km-lik sərhədlərini tutması və burada muxtar vilayət yaratması PKK lideri Abdullah Öcalanın layihəsidir. Türkiyənin "Sabah" qəzeti xəbər verir ki, bu barədə məlumat Şanlıurfada tutulan PYD terrorçusu Xalis B. ilə bağlı hazırlanmış cinayət işinin materiallarında yer alıb. Öcalan 2013-cü ildə həbsxanada onu ziyarətə gələn Sülh və Demokratiya Partiyasının (indiki HDP - red.) rəsmilərinə Suriyanın Kobani, Afrin və Cəzirə vilayətlərinin tutulması və bu bölgələrdə özünüidarələrin yaradılması layihəsini verib. Məhz bundan 5 ay sonra PYD-nin hərbi qanadı YPG sözügedən bölgələrə hücum edib və pilləli şəkildə muxtar vilayətlər yaratdığını açıqlayıb. Bundan əlavə, Suriyanın Hələb, Rakka, Xüms, Həma və Dera vilayətlərində Bəşər Əsəd rejiminə məxsus tank və zirehli texnika 2015-ci ilin dekabrından etibarən şimaldakı kürd bölgəsinə göndərilib. PYD-nin hazırda əlində olan silahları Şimali İraqa keçirməyi planlaşdırdığı bildirilir. Qəzet qeyd edir ki, Rusiya, ABŞ və Əsəddən dəstək alan PKK Suriyadakı bölgəni İran, Türkiyə və İraqdakı digər 3 ərazi ilə birləşdirib "Böyük Kürdüstan" yaratmağı planlaşdırır.(axar.az) Geri dön |