Ana Sayfa > Xəbər > Deputatın Qarabağ parkı təklifinə dəstək
Deputatın Qarabağ parkı təklifinə dəstək22-02-2016, 12:08. Yazar: admin |
Millət vəkili Q.Paşayevanın İzmirdə Laçın parkı təklifi bələdiyyə başqanı tərəfindən dəstəklənib Türkiyənin İzmir şəhərində Xocalı Soyqırımı ilə bağlı konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva Bornova bələdiyyə başqanı Olqun Atila ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Bornovanın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirən millət vəkili bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Bornovanın mərkəzi parklardan birinə Laçın adının veriləcəyinə inandığını deyib və Bornova bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı çox sevdiyini deyən Bornova bələdiyyə başqanı Olqun Atila Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Bornova bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Bələdiyyə başqanı hər zaman qardaş Azərbaycanın yanındayıq deyib və millət vəkili Qənirə Paşayevanın Bornovada Laçın parkı təkliflərini müsbət qiymətləndirdiyini deyərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib. Bələdiyyə başqanına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Bornovanın da yer alacağını bildirib və Azərbaycan insanına İzmiri, Bornovanı daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək deyib. Görüş zamanı son günlər bölgədə daha da gərginləşən vəziyyət, Türk dünyasının müxtəlif bölgələrində yaşayan soydaşlarımızın acı və üzüntüləri ətrafında da müzakirələr aparılıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Bornova bələdiyyə başqanı Olqun Atilaya həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar,filmlər hədiyyə edib və onu Azərbaycana dəvət edib. Azərbaycanı çox görmək istədiyin deyən bələdiyyə başqanı dəvəti böyük məmuniyyətlə qəbul etdiyini və yaxın zamanlarda Azərbaycana gləcəyini deyib. Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban, müavini Cavid Əliyev, İzmirdə fəaliyyət göstərən Azərbaycan Kültür Evi və Dayanışma Dərnəyinin başqanı Mülazim Qardələn Paşa bir sıra fikir və təkliflərlə çıxış ediblər, geniş fikir mübadiləsi aparılıb. Geri dön |