Ana Sayfa > Xəbər > Azərbaycanda şirkət prezidenti İnterpol xətti ilə axtarışa verilib
Azərbaycanda şirkət prezidenti İnterpol xətti ilə axtarışa verilib22-02-2016, 11:33. Yazar: admin |
Azərbaycanda vergidən yayınan daha bir nəfər beynəlxalq axtarışa verilib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1977-ci il təvəllüdlü Adil Ələsgərov külli miqdarda vergidən yayınmaqda təqsirləndirilir. A. Ələsgərov Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub. APA-nın əldə etdiyi məlumata görə, A.Ələsgərov Azərbaycanda fəaliyyət göstərən “ADF” şirkətinin prezidentidir. Adı çəkilən şirkət ölkəyə avtomobil ehtiyat hissələri gətirirmiş. Geri dön |