Ana Sayfa > Xəbər > Yolu keçəndə telefonla "oynayan" gənc həyatını itirdi
Yolu keçəndə telefonla "oynayan" gənc həyatını itirdi19-02-2016, 12:51. Yazar: admin |
Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, qəza Gəncə-Göygöl yolunun şəhərin Gülüstan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Gəncə şəhər sakini Yasin Rəcəbli idarə etdiyi 90- FM- 761 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 1992-ci təvəllüdlü, şəhərin Xanlar küçəsi, ev 36 ünvanında yaşayan 1992-ci il təvəllüdlü Tural Yaşar oğlu Rəcəblini vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Xəsarətləri ağır olan gəncin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Hadisəyə ilkin ehtimal ölən şəxsin yolu keçərkən mobil telefondan istifadə etməsi, buna görə də yola diqqət etməməsi göstərilir. Gəncədə ötən gün də yolu keçən piyadanı maşın vurub. Şəhərin Nəriman Nərimanov prospektində İsmət Qayıbov küçəsində yaşayan 1951-ci il təvəllüdlü Amalya Məzahir qızı Ağayeva yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub. Xəsarət alan qadın dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir. Geri dön |