Ana Sayfa > Xəbər > Bakıda itkin düşən məktəblilərlə bağlı MARAQLI XƏBƏR

Bakıda itkin düşən məktəblilərlə bağlı MARAQLI XƏBƏR


19-02-2016, 10:44. Yazar: admin
Bakıda itkin düşən məktəblilərlə bağlı MARAQLI XƏBƏR
Fevralın 17-də axşam saatlarında Bakıda itkin düşən və bir gün sonra Hövsan qəsəbəsində tapılan məktəblilərin gecəni harada keçirdiyi məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, 11 yaşlı İsmayıl Şəfiyev və Şamil Babayev dərsdən çıxandan sonra Hövsan qəsəbəsinə yola düşüblər. Onları qəsəbəyə yol maşınlarından biri aparıb və qarşılığında bir manat veriblər. Məktəblilər fevralın 17-dən 18-nə keçən gecəni Hövsandakı kimsənin yaşamadığı evdə keçiriblər və heç nə yeməyiblər.

Maraqlıdır ki, itkin düşən uşaqlardan Şamil Babayevin nənəsi Hövsanda yaşasa da, onlar nənənin evinə getməyiblər. Dünən polisə azyaşlıların Zığ yolu istiqamətində görünməsi ilə bağlı məlumat daxil olandan sonra burada axtarışlar intensivləşdirilib və hər iki uşaq tapılaraq ailəsinə təhvil verilib. Məktəblilər dərsdən çıxıb adəti üzrə evə deyil, niyə Hövsana getmələrini isə izah etməkdə çətinlik çəkiblər.

Geri dön