Ana Sayfa > Xəbər > İki rayonda təhsil şöbəsinin müdiri dəyişdi
İki rayonda təhsil şöbəsinin müdiri dəyişdi13-04-2015, 16:29. Yazar: admin |
Kəlbəcər və Ağdam Rayon Təhsil şöbələrində kadr dəyişikliyi edilib. “Həftə içi”nin məlumatına görə, Kəlbəcər Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri vəzifəsini icra edən Məhiyyədin Əbdürrəhmanov tutduğu vəzifədən azad edilib. Onun yerinə Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova təyin edilib. Əldə etdiyimiz məlumata görə, bu gün Elmira Şükürova Kəlbəcər RTŞ-nin kollektivinə təqdim olunub. Mərasimdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də məktəb direktorları iştirak ediblər. Elmira Şükürova aprelin 13-dən yeni vəzifəsinin icrasına başlayıb. Onu da xatırladaq ki, Ağdam RTŞ-yə rəhbərlik müvəqqəti olaraq keçmiş müdirin müavininə həvalə olunub. Geri dön |