Ana Sayfa > Xəbər > Neftin qiyməti sabah 100 $ ola bilər...
Neftin qiyməti sabah 100 $ ola bilər...16-02-2016, 16:29. Yazar: admin |
Önümüzdəki günlərdə neftin qiyməti qalxa bilər. Beləki, dünyanın ən böyük neft ixrac edən ölkəsi Səudiyyə Ərəbistan ilə Rusiya arasında anlaşma olması gözlənilir. “Bloomberg”in yaydığı xəbərə görə, danışıqlarda Venesuela rəsmisinin də iştirak etməsi gözlənilir. Səudiyyə Ərəbistanı Neft və Energetika naziri Əli əl-Nəimi OPEC-ə (Neft İxrac Edən Ölkələr Birliyi) daxil olmayan böyük istehsalçılar olmadan hasilat artığını azaltmaq üçün neft ixracını azaltmayacağını bildirib. Rusiya isə öz növbəsində ənənəvi bazarlarını qoruyacağını söyləyib. Neftin qiymətinin aşağı düşməsi istehsalçı neft ölkələrində ciddi iqtisadi problemlər yaradıb. Bu görüş gələcək üçün böyük ümidlər vəd edir. (ATV.az ) Geri dön |