Ana Sayfa > Xəbər > Tolik Enarə Abdullayevaya cavab verdi: "Adam yediyi qaba tüpürməz"

Tolik Enarə Abdullayevaya cavab verdi: "Adam yediyi qaba tüpürməz"


16-02-2016, 11:17. Yazar: admin
Tolik Enarə Abdullayevaya cavab verdi: "Adam yediyi qaba tüpürməz"
Əməkdar artist Elnarə Abdullayevanın söylədiyi “oğluma müğənni qız almaram” sözü böyüməkdə davam edir. Lent.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinə qonaq olan tanınmış prodüser Tolik ( Tarix Əliyev ) E.Abdullayevanın adını çəkmədən, onun söylədiyi sözləri tənqid edib: “İndi bəzi müğənnilər çıxıb deyir ki, oğluma müğənni qız almaram. Mən bu fikirlə razı deyiləm. Məsələn, idmançı Kamil Zeynallı ilə müğənni Gülay Zeynallı ailə həyatı qurub və onunla fəxr edir. Çünki Güly ailəsinə sadiqdir, harasa gedəndə də yoldaşı ilə gedir. Ümumiyyətlə, bir deyim var ki, insanın canında varsa, edəcək. O nə deməkdi ki, müğənni ilə ailə qurmaq olmaz? Azərbaycanda çox gözəl və tərbiyəli xanım müğənnilərimiz var. Bunlardan biri də müğənni Samira Allahverdidir. Dindardır, namaz qılır, ailəsinə də hörmətim var. Bilirsiniz, hərdən bəzi müğənnilər çıxıb ağıllı fikir söyləmək istəyirlər ki, xalqın xoşuna gəlsin, şou-biznesi alçaltsın. Amma anlamır ki, o fikri deyən insan şou-biznesin içindən yemək yeyir. Adam yediyi qaba tüpürməz. Şou-biznesi aşağılamaq olmaz”.

Geri dön