Ana Sayfa > Xəbər > Rüşvət verməyə çalışan həmyerlimiz ələ keçdi
Rüşvət verməyə çalışan həmyerlimiz ələ keçdi16-02-2016, 10:30. Yazar: admin |
Ukraynada sərhədçilərə rüşvət verməyə cəhd edən Azərbaycan vətəndaşı tutulub. ANS PRESS-in məlumatına görə, hadisə Xarkov sərhəd idarəsinin əməkdaşları tərəfindən qeydə alınıb. Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin məlumatına görə, ”Kupyansk” nəzarət buraxılış məntəqəsində Azərbaycan vətəndaşı olan sərnişinin Ukrayna ərazisində qalma müddətinin bitdiyi məlum olub. Cəzadan qaçmaq istəyən həmyerlimiz 10 ABŞ dolları (15.71 AZN) və 250 Ukrayna qrivnasını (15 AZN) xarici pasportunun arasına qoyaraq gömrük inspektoruna vermək istəyib. Lakin o, rədd cavabı alıb. Bu addım hüquq mühafizə orqanları tərəfindən rüşvətin verilməsinə cəhd faktı kimi qeydə alınıb və Azərbaycan vətəndaşının hüquqazidd əməli ilə bağlı araşdırma başlanıb. Onun Ukraynada qalma müddəti bitdiyi halda , sui-istifadəyə görə də inzibati məsuliyyətə cəlb edilib. Bir müddət əvvəl də Rusiyada rüşvət verən azərbaycanlı tutulub. Məlumata görə, 42 yaşlı azərbaycanlı vəzifəli şəxsə rüşvət verməkdə ittiham edilib. Müəyyən edilib ki, o, 2011-ci ilin avqustunda avtomobilində saxlanılan yüklərə dair araşdırma aparılmaması üçün polisə 4 min rubl (80 manat) rüşvət verməyə cəhd göstərib. İstintaq komitəsindən bildiriblər ki, təqsirləndirilən şəxs uzun zaman federal axtarışda olub və tapılmadığı üçün Rusiya Federasiyasında cinayət işi dayandırılıb. Lakin 2015-ci il iyunun 25-də həmin şəxs Azərbaycan Respublikasından Rusiya Federasiyası ərazisinə qayıtmaq istəyərkən saxlanılıb və cinayət işi yenidən bərpa edilib. Geri dön |