Ana Sayfa > Xəbər > Kadırovun köməkçisi Çeçenistan rəhbərinin “incə” yumor hissindən danışdı
Kadırovun köməkçisi Çeçenistan rəhbərinin “incə” yumor hissindən danışdı11-02-2016, 13:29. Yazar: admin |
Çeçenistan rəhbərinin köməkçisi Əlvi Kərimov Kadırovun yumorunun incə olduğunu və onu hər adamın başa düşmədiyini bildirib. Moderator.az Rusiya Xəbərlər Xidmətinə istinadən xəbər verir ki, bu barədə o, Kadırovun İnstagramda Nikolay Baskovun torta batmış şəklini yerləşdirməsini şərh edərkən bildirib. “Ramzan Axmatoviçin yumoru çox incədir, o, səthi deyil. O, əsrlər boyu yaşayan xalq folkloru səviyyəsində unikaldır. Təəssüf ki, hər kəsin yumor hissi bu səviyyədə deyil. Əgər o, yumorla nə ilə desə də bunu öz hesabına ciddi qəbul edən insanlar var”, - Kərimov deyib. Daha öncə Çeçenistan rəhbəri Ramzan Kadırov İnstaqram səhifəsində müğənni Nikolay Baskovun tort kreminə batmış şəklini paylaşıb. Fotoda Baskovun yanında Kadırovun özü də daxil olmaqla gülən bir neçə adam dayanıb. Fevral ayının 9-da Moskva restoranlarının birində PARNAS müxalif partiyasının sədri Mixail Kasyanova naməlum şəxslər tort atıblar. Çeçenistan rəhbəri Ramzan Kadırov bu xəbəri “Yenə də mən))))!!!?” yazaraq şərh edib. Geri dön |