Ana Sayfa > Xəbər > ATV-dən Aşıq Ədalətin söyüşü ilə bağlı- Açıqlama
ATV-dən Aşıq Ədalətin söyüşü ilə bağlı- Açıqlama13-04-2015, 14:26. Yazar: admin |
ATV telekanalı “Səbəbkar” verilişindəki qalmaqalla bağlı məlumat yayıb. “Qafqazinfo”ya ATV-dən daxil olan məlumatda bildirilir ki, “Səbəbkar” verilişində Aşıq Ədalətin rəqqasə Aytənin və Aşıq Namiqin ünvanına işlətdiyi təhqiramiz ifadələr ATV-nin efirində getməyib: “Bunu sübüt etmək üçün istənilən vətəndaş və ya qurum monotorinq saytlarına və Teleradio şurasına müraciət edərək verilişin efirə gedən lent yazısına baxa bilər. Efirə getməyən, digər sosial şəbəkələrdə yerləşdirilən nalayiq ifadələrə görə isə ATV məsuliyyət daşımır. Televiziya məhsullarının istehsalı ilə məşgul olan insanlar bilirlər ki, hər hansı bir verilişin studiya çəkilişində iştirakçılıar bu və ya digər formada fikirlərini ifadə edə, hətta adekvat olmayan hərəkətlərə yol verə bilərlər. Lakin bu məqamlar veriliş efirə hazırlanarkən ciddi şəkildə montaj edilir və efirə verilmir. Sözügedən görüntülərin sosial şəbəkələrdə kimin tərəfindən yerləşdirilməsi isə hal-hazırda araşdırılır və bu istiqamətdə müvafiq işlər aparılır. Bu məsələylə bağlı “ATV-nin efirində” ifadəsini işlədən həmkarlarımızın nəzərinə bir daha çatdırırq ki, ATV-nin efirində gedən audiovizual materiallarla sosial şəbəkələrə yerləşdirilən materialları qarışdırmasınılar”. Xatırladaq ki, verilişin aparıcısı İradə İsaq məsələyə sosial şəbəkədə belə münasibət bildirmişdi: “Aşıq Ədalətin sözlərini tərbiyəsizlik hesab etmirəm. Bu, ustad şapalağı idi!!” Geri dön |