Ana Sayfa > Xəbər > Azərbaycana qar yağdı - FOTOLAR

Azərbaycana qar yağdı - FOTOLAR


13-04-2015, 13:24. Yazar: admin
Azərbaycana qar yağdı - FOTOLAR
Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsinə qar yağır. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yağıntı Quba və Qusar rayonlarının dağlıq kəndlərin düşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba Regional Hidrometeorologiya Mərkəzindən bildirilib ki, ən çox yağıntı Qubanın Nohurdüzü kəndinə düşüb. Burada qarın hündürlüyü 14 sm. çatır. Qonaqkəndə 12 sm, Qırıza 11 sm. qar düşüb.

Qusar ayonunda isə Ləzə kəndinə daha çox yağıntı düşüb. Rayonun Ləzə kəndinə 7 sm., Quzum kəndinə isə 4 sm. qar yağıb.

Əhalinin çoxu qar yağmasını bolluq rəmzi kimi qələmə verirlər. Bəziləri isə yağıntının çiçək açan ağaclara ziyan vuracağını deyirlər.

Rayonun Ərix kənd sakinləri bildirirlər ki, yağıntının ən çox taxılçılıq sahəsinə xeyri var. Sakinlər düşünürlər ki, taxılçılıq, kənd təsərrüfatı məhsullarının əkin sahələrinə xeyir var.

Azərbaycana qar yağdı - FOTOLAR
Azərbaycana qar yağdı - FOTOLAR
Azərbaycana qar yağdı - FOTOLAR
Azərbaycana qar yağdı - FOTOLAR

Geri dön