Ana Sayfa > Xəbər > "Rosneft" Azərbaycanın qaz layihəsinə marağını saxlayır
"Rosneft" Azərbaycanın qaz layihəsinə marağını saxlayır10-02-2016, 17:54. Yazar: admin |
"Rosneft" Azərbaycanda "Abşeron" qaz yatağının işlənməsi üzrə layihəyə marağını saxlayır. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Londonda "International Petroleum Week" forumunun kuluarlarında jurnalistlərə deyib. O, qeyd edib: "Maraq var, işləyirik". Qeyd edək ki, daha əvvəl verilən məlumata görə, "Rosneft" və SOCAR Rusiya və Azərbaycan daxil olmaqla müxtəlif ölkələrdə neft-qaz kəşfiyyatı və hasilatı üzrə layihələr sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər. Geri dön |