Ana Sayfa > Xəbər > OPEK: “Gündəlik hasilat 700 min barrel azalacaq”
OPEK: “Gündəlik hasilat 700 min barrel azalacaq”10-02-2016, 17:38. Yazar: admin |
|
2016-cı il ərzində qeyri-OPEK ölkələrində gündəlik hasilat 700 min barrel azalacaq. Axar.az xəbər verir ki, bu, OPEK-in digər neft istehsalçıları ilə bağlı proqnozunda öz əksini tapıb. “Beynəlxalq neft şirkətlərinin xərclərində ixtisar etməsi, ABŞ və Kanadadakı aktiv qazma quyularının sayının azalması və köhnə quyulardakı kəskin enişlər qeyri-OPEK ölkələrdə hasilatın azaldığını göstərir”, - təşkilat bildirib. OPEK-ə gəldikdə isə təşkilat ötən ay hasilatı 131 min barrel artıraraq, gündəlik 32,34 milyon barrelə çatdırıb. Qeyd edək ki, 2014-cü ilin iyulundan başlayaraq dünya bazarlarında neftin qiyməti ucuzlaşıb. Qiymətlərin düşməsində başlıca səbəb kimi hasilatın çoxluğu, təklifin tələbi üstələməsi göstərilir. Qeyri-OPEK ölkələrində hasilatın azaldılmasının qiymətlərin nisbətən bahalaşacağına səbəb olacağı ehtimal edilir. Geri dön |