Ana Sayfa > Xəbər > Azərbaycanda milli ödəniş sistemi yaradılır
Azərbaycanda milli ödəniş sistemi yaradılır10-02-2016, 17:06. Yazar: admin |
`Azərbaycan 2016-cı ildə kiçik nağdsız hesablaşmalar zamanı birbaşa debetləşdirməyə, yəni bank hesablarından vəsaitlərin birbaşa silinməsinə keçəcək`. Bunu Azərbaycan Mərkəzi Bankının Ödənişlər sistemi və hesablaşmalar departamentinin direktor müavini Vahid Qurbanlı "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda V Vergi Forumunda deyib. Onun sözlərinə görə, 2016-cı ilin I rübündə Azərbaycanın milli ödəniş sisteminin yaradılması üzrə işlər başa çatacaq. V.Qurbanlı əlavə edib ki, bu il bankın təqdim etdiyi avtomatlaşdırılmış iş yerləri yeni platformalara keçiriləcək: "Tənzimləyici nazirlik yanında mərkəzləşdirilmiş informasiya bazası yaradıb. Bəzi təhsil müəssisələrinə isə avtomatlaşdırılmış iş yerləri təqdim edib". Geri dön |