Ana Sayfa > Xəbər > “Walt Disney”-in birinci rübdə xalis mənfəəti 32% artıb
“Walt Disney”-in birinci rübdə xalis mənfəəti 32% artıb10-02-2016, 14:47. Yazar: admin |
“Walt Disney”-in birinci rübdə xalis mənfəəti 32% artıb. Moderator.az “Агентство Бизнес Новостей”-ə istinadən xəbər verir ki, ABŞ-ın animasiya şirkəti “Walt Disney”-in xalis mənfəəti 2015-ci ilin birinci rübündəki məlumatları ilə müqayisədə bu il 32% artaraq 2,88 milyard ABŞ dolları olub. Bu barədə çərşənbə axşamı “Walt Disney” şirkəti məlumat yayıb. Şirkətin gəliri 14% artaraq 15,244 milyard ABŞ dolları dəyərində yüksəlib. Şirkətdə bu müvəffəqiyətli göstəriciləri “Ulduz müharibələri” fantastik saqasının yeddinci epizodu ilə bağlayırlar. “”Ulduz müharibələrinin” fenomenal müvəffəqiyətli sayəsində biz şirkət tarixində ən yüksək rüblük gəliri aldıq”,- “Walt Disney”-in prezidenti Robert Ayqer deyib. Xatırladaq ki, “Ulduz müharibələri: Qüvvələrin oyanması” filmi ekranlara keçən ilin dekabr ayında çıxıb. Film ilk həftə sonu ABŞ-da ( 238 milyon ABŞ dolları) və MDB- də ( 867,11 milyon rubl ) qazanaraq kassa rekordu qırıb. Geri dön |