Ana Sayfa > Xəbər > "Mənə yazırlar ki, görməmişsən?" - Zaur
"Mənə yazırlar ki, görməmişsən?" - Zaur10-02-2016, 12:42. Yazar: admin |
ATV-nin aparıcısı Zaur Baxşəliyev qızı Dilavərin fotolarını mediadan gizlətməsinin səbəbini açıqlayıb. Axşam.az-ın məlumatına görə, o, “Bizimləsən” verilişində onu qınayanlara cavab verib: “Məni həmişə qınayırlar ki, niyə qızının fotosunu İnstaqramda yayımlamırsan, saytlara vermirsən? Hətta mənə buna görə “görməmiş” də deyirlər. Yazırlar ki, “Görməmişsən? O qədər məşhur uşağının fotosunu paylaşır. Camaatın uşağı yoxdur? Səninki göydən gümüş zənbillə düşüb?”. Bunun səbəbini açıqlayım: uşağım böyüyəndə başqa sahənin sahibi ola bilər. Məni qınayar ki, niyə mənim fotomu yaymısan? Bunlara görə mən onun şəkillərini paylaşmıram”. Qeyd edək ki, Z.Baxşəliyev aparıcı Günay Baxşəliyeva ilə ailəlidir. Geri dön |