Ana Sayfa > Xəbər > Rumın sərhədçilər 73 suriyalı və bir iranlını saxlayıb

Rumın sərhədçilər 73 suriyalı və bir iranlını saxlayıb


13-04-2015, 12:33. Yazar: admin
Rumın sərhədçilər 73 suriyalı və bir iranlını saxlayıb
Rumıniyanın sərhəd polisi yük maşınında gizlənmiş 74 mühaciri aşkarlayıb. Onların 73-ü suriyalı olub.

Yük maşını idarə edən türk idi. O, aprelin 11-də gecə Rumıniya-Macarıstan sərhədində saxlanıb. Polis yük maşınının arxasının azacıq açıq olduğunu görüb.

12-14 yaşlarında olan 73 suriyalı və iranlının üzərində sənədləri olmayıb. Polis qrupun Fransaya getməyi planlaşdırdığını bildirib.

Sürücü mühacir alverində, suriyalılar və iranlı isə sərhədi qanunsuz keçməkdə ittiham oluna bilər.

Geri dön