Ana Sayfa > Xəbər > Bosniya müsəlmanlarının qatili Haaqa həbsxanasında öldü
Bosniya müsəlmanlarının qatili Haaqa həbsxanasında öldü9-02-2016, 17:59. Yazar: admin |
Fevralın 9-na keçən gecə ömürlük həbs cəzası çəkdiyi Haaqa həbsxanasında Srebrenitsada müsəlmanların genosidini həyata keçirmiş Bosniya serblərinin generalı Zdravko Tolimir ölüb. Virtualaz.org saytı Serbiyanın N1 telekanalına istinadən xəbər verir ki, Ratko Mladiçin ən yaxın silahdaşı 67 yaşında dünyasını dəyişib. Tolimir 2012-ci ilin dekabrında həbs edilmişdi. Xatırladaq ki, 1995-ci ilin iyul ayında Srebrenitsada bir neçə gün ərzində 8 mindən çox müsəlman qətlə yetirilmişdi. Geri dön |