Ana Sayfa > Xəbər > Şirəliyev səhiyyəni uçuruma aparır; Hesablama Palatası da təsdiqlədi
Şirəliyev səhiyyəni uçuruma aparır; Hesablama Palatası da təsdiqlədi13-04-2015, 12:23. Yazar: admin |
Səhiyyə naziri Oqtay Şirəliyevin bərbad sistemi rəsmən təsdiqlənir. Tia.az xəbər verir ki, Əli İnsanovdan sonra təyin olunan nazir səhiyyə sahəsində irəliləyişə doğru heç bir addım atmayıb. Son illər klinikalarda ölümlər, həkim səhlənkarlığı, yalnız diaqnozlar, dərmanların və əməliyyatların bahalığı, xəstələrin soyulması, rüşvət, İrana müalicəyə gedənlərin sayının artması bunu deməyə əsas verir. Odur ki, səhiyyə sistemi artıq qanqrena verməkdədir. Nazirin yarıtmaz fəaliyyəti Hesablama Palatasının hesabatında da öz əksini tapıb. Hesabatda Səhiyyə Nazirliyininin fəaliyyətində aşkar olunan ciddi nöqsanlardan da bəhs olunub. Hesabatda bildirilir ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ayrılan vəsaitlərin və icrasının auditi aparılıb. Audit zamanı müəyyən edilib ki, stansiya tərəfindən büdcə vəsaiti üzrə proqnozlar tərtib edilərkən qanunvericilik aktlarının bir sıra tələblərinə əməl edilməyib. Cari və növbəti il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib. Xərc maddələri üzrə proqnoz rəqəmləri müvafiq iqtisadi əsaslandırma və hesablamalar aparılmadan yalnız əvvəlki illərin göstəriciləri əsas götürülərək tərtib edilib. Hesabat ilində dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinə ayrılan vəsaitlərin istifadəsinin auditi aparılıb. Müəyyən olunub ki, Həkim-Sanitar Xidməti tərəfindən büdcə xərcləri üzrə proqnoz göstəriciləri hazırlanarkən normativ aktların bəzi tələbləri gözlənilməyib. Bir sıra xərc maddələri üzrə iqtisadi əsaslandırmalar aparılmayıb. Bəzi hallarda Xidmət və Mərkəzi Dəmiryol Xəstəxanası tərəfindən Vahid Büdcə Təsnifatının tələbləri gözlənilməyərək vəsaitlərin təyinatı dəyişdirilib. Geri dön |