Ana Sayfa > Xəbər > Kreml ittihamları rədd edir

Kreml ittihamları rədd edir


9-02-2016, 16:46. Yazar: admin
Kreml ittihamları rədd edir
Kreml Türkiyə ilə Almaniyanın Suriya ilə bağlı ittihamlarını rədd edir.

Kremlin sözçüsü Dimitry Peskov fevralın 9-da bildirib ki, Rusiyanın Suriyada hava zərbələri nəticəsində dinc sakinlər arasında itkilər olması barədə əsaslı dəlillər yoxdur.

O belə bir bəyanatla Almaniyanın kansleri Angela Merkelin fevralın 8-də Ankarada dediklərinə cavab olaraq çıxış edib.

Angela Merkel Ankarada Türkiyənin baş naziri Ahmet Davutoglu ilə keçirdiyi birgə mətbuat konfransında Rusiyanın Suriyada hava zərbələri nəticəsində mülki sakinlər arasında itkilərdən dəhşətə gəldiyini deyib.

Peskov həmçinin Türkiyə prezidenti Recep Tayyip Erdoganın Rusiyanın Suriyanı işğal eləməsi barədə bəyanatını cəfəngiyyat adlandırıb.

Moskva əksinə öz növbəsində Türkiyəni Suriyaya hərbi müdaxiləyə hazırlaşmaqda günahlandırıb.

5 ilə yaxındır ki, davam edən Suriya müharibəsində 250 mindən çox adam ölüb.

Geri dön