Ana Sayfa > Xəbər > Saakaşvili: “Rusiyanı işğal edə bilərik”

Saakaşvili: “Rusiyanı işğal edə bilərik”


9-02-2016, 15:58. Yazar: admin
Saakaşvili: “Rusiyanı işğal edə bilərik”
Əgər Ukrayna ordusuna müasir Amerika silahları verilsə, onlar hətta bütün Rusiya ərazisini tuta bilərlər.

Axar.az xəbər verir ki, bunu Ukraynanın “24” TV kanalına müsahibəsində Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili deyib.

“Ukraynanın tank əleyhinə silahları çox köhnəlib. ABŞ-ın müasir silahları var. Əgər onları Ukraynaya versələr, rus tankları asanlıqla sıradan çıxarılar. Bütün situasiya isə dəyişər. Ukrayna əsgərinin ruhu dünyada ən yaxşısıdır. Əgər lazımi biliklər, bacarıqlar və silahlar verilsə, onlar bütün Rusiyanı fəth edə bilərlər”, - Saakaşvili bildirib.

Geri dön