Ana Sayfa > Xəbər > Bakı-2015 həyəcanına start verildi (FOTO)
Bakı-2015 həyəcanına start verildi (FOTO)13-04-2015, 12:21. Yazar: admin |
Portuqaliya Milli Olimpiya Komitəsi Birinci Avropa Oyunlarının açılış mərasiminin təşviqi məqsədilə, Lissabon – Bakı marşrutu üzrə velosiped yürüşü təşkil edib. ANS PRESS-in məlumatına görə, bu ideyanın müəllifi, 53 yaşlı velosipedçi və macəra həvəskarı olan Corc Kristovaodur. Yürüşə Lissabonun Torre de Belem abidəsinin qarşısında start verilib. Bununla bağlı təşkil edilən tədbirdə Portuqaliyanı Bakıda təmsil edəcək idmançılar, məşqçilər, milli idman federasiyasının nümayəndələri, Corc Kristovaonun ailəsi və dostları daxil olmaqla yüz nəfərdən artıq insanın iştirak edib. Birinci Avropa Oyunları zamanı Portuqaliya Milli Olimpiya Komitəsinin nümayəndə heyətinə rəhbərlik edəcək Xose Qarsiya ölkənin milli bayrağını C.Kristovaoya təqdim edib. O isə, iyunun 10-da Bakıya çatdıqdan sonra, bayrağı Avropa Oyunlarının açılış mərasimində daşımaq üçün Xose Qarsiyaya geri qaytaracaq. Corc Kristovaoya 7000 kilometrə yaxın məsafəni qət etmək üçün, elektriklə işləyən velosiped hədiyyə olunub və Portuqaliya Milli Olimpiya Komitəsinin prezidenti Xose Manuel Konstantino Bakı şəhərinə doğru yürüşün marşrutu üzərində yerləşən ölkələrin milli olimpiya komitələrinin prezidentlərinə ünvanlanan məktubları təqdim edib. C.Kristovao məktubları səfər zamanı İspaniya, Fransa (Kot de Azur ofisi), Monako, İtaliya, Türkiyə, Gürcüstan və Azərbaycanın milli olimpiya komitələrinin rəhbərlərinə, eləcə də, Romada Avropa Olimpiya Komitəsinin baş qərargahına və Yunanıstanın Saloniki şəhərində Olimpiya Muzeyinə çatdıracaq. Portuqaliya Milli Olimpiya Komitəsi prezidentinin və Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin məktubları bütün Avropa və dünyanın bəzi ölkələrində təbliğat aparmaqla, digər Milli Olimpiya Komitələrini Avropa Oyunlarında ən yaxşı idmançıları ilə iştiraka şövq edəcək. Tədbirin sonunda Lissabon şəhərinin yeni meri Fernando Medina Corc Kristovaoya Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova ünvanlanmış məktubu təqdim edib. Ötən il, Bakı-2015 Avropa Oyunları təşviqat strategiyasının işlənib hazırlanması üçün möhtəşəm açılış mərasiminə dəvətnamələr göndərərək ən yaxşı ideyaların irəli sürülməsi üçün çağırış edib. Ən çox bəyənilən fikir isə Bakıya velosiped yürüşü olub. Bu təklifə əsasən, Portuqaliya Milli Olimpiya Komitəsinin Lissabondan Bakıya doğru təşkil etdiyi yürüş bütün qitəni əhatə edəcək. "Lissabondan Bakıya velosiped yürüşünün təşkili ideyasının həyata keçirilməsinə çox şadıq. Corcun səyahəti Avropa Oyunlarının açılış mərasimi haqqında bütün qitənin məlumatlandırılmasına yardım edəcək. Bakı-2015 təşəbbüsünün Avropada Milli Olimpiya Komitələri arasında ruhlandırıcı nümunə olduğunu görmək mümkündür. İyun ayında Corcu Bakıda qarşılamağı səbirsizliklə gözləyir və səyahəti zamanı ona uğurlar arzulayırıq", - deyə, Bakı-2015 Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq bildirib. Bütün səyahəti (www.lisboa2baku.com) rəsmi internet səhifəsi, eləcə də sosial şəbəkələr (Facebook, YouTube və Flickr) vasitəsilə izləmək olar. Geri dön |