Ana Sayfa > Xəbər > Bakıda yük maşını ilə qatar toqquşdu

Bakıda yük maşını ilə qatar toqquşdu


13-04-2015, 12:19. Yazar: admin
Bakıda yük maşını ilə qatar toqquşdu
Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisindəki qorunmayan keçiddə qəza olub. Lent.az-ın Daxili İşlər Nazirliyini saytına istinadən məlumatına görə, aprelin 11-də saat 10 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisindəki qorunmayan keçiddə Gürcüstan vətəndaşı Sərxan Alməmmədov idarə etdiyi “Shacman” markalı avtomobili teplovoza vurub. Nəticədə xəsarət alan olmayıb, dəmir yolunda hərəkət 30 dəqiqə dayanıb.

Araşdırma aparılır.

Geri dön